Çərşənbə , Oktyabr 21 2026
azfa

İran diplomatından Azərbaycana qarşı çağırış: “İran Ermənistan ərazisinə daxil olmalıdır”

GADTB: İranın “Tahririeh” saytı kəskin anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı diplomat Əbülfəzl Zöhrevənddən müsahibə alıb.

Ermənistan-Azərbaycan qarşıdurması və Zəngəzur dəhlizi ilə bağlı qərəzli fikirlər səsləndirən diplomat Azərbaycanı “Bakı Respublikası” adlandırıb:

“İki ölkə prezidentlərinin görüşündən bir neçə həftə sonra Ermənistanla “Bakı rejimi” arasında hərbi qarşıdurmanın yeni mərhələsinin başlanması ermənilərlə Bakı arasındakı fikir ayrılığının nə qədər dərin olduğunu və bu münaqişənin həllinə ehtiyac olduğunu göstərir ki, burada İranın məsələyə güclü müdaxiləsi qaçınılmazdır”.

“Təəssüflər olsun ki, indiyədək İran hakimiyyəti bu məsələyə təsirli reaksiya verməyib və belə bir vacib məsələni bir növ izləməklə kifayətlənirlər. Amerika və regional rejimlər bu münaqişənin taleyini öz məqsədlərinə uyğun irəli aparmağa çox çalışırlar…”,-deyə o əlavə edib./ Azad İran

Həmçinin yoxlayın

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …

“TankerTrackers”: İrandan Çinə xam neft idxalı sürətlə azalır; neft saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti kimi rəsmiləşdirilir

GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı …