Cümə axşamı , May 7 2026
azfa

İran rejiminin Məlikanda həbs etdiyi azərbaycanlı fəallar aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin sentyabrın 21-də Məlikan (Məlikkəndi) şəhərində yaxaladığı və ETTELAAT İdarəsinin təcridxanasında sorğu-suala çəkildikdən sonra rejimin Marağada yerləşən zindanının karantin bölməsinə köçürülən 6 azərbaycanlı fəal aclıq aksiyasına başlayıb.

Azərbaycanlı fəallar bununla qanunsuz həbs edildiklərinə, təzyiq və təhqirlərə məruz qaldıqlarına etirazlarının bildiriblər.

Qeyd edək ki, Rumina Rəhmani, Mubina Rəhmani, Məlihə Güləfşan, Əmirhüseyn Xəlilzadə, Meysəm Zəhmətkeş, Əli Zəhmətkeş sentyabrın 21-i gecə saatlarında rejimin ETTELAAT məmurları tərəfindən döyülərək yaxalanıblar.

Həmin şəxslərin nədə ittiham olunduqları barədə heç bir məlumat verilməyib.

Azərbaycanlı fəalların yaxınları bildirirlər ki, yaxalanan şəxslərin həyatlarına təhlükə törədildiyi halda rejimin Məlikan şəhərindəki prokuroru Mürtəza Fərcampur məsuliyyət daşımalıdır.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …