Çərşənbə , Oktyabr 21 2026
azfa

Molla rejimi azərbaycanlı fəalların həbsini ictimailəşdirən vəkil Sina Yusifini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəalların həbsini ictimailəşdirən azərbaycanlı vəkil Sina Yusifini həbs edib.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini olan Sina Yusifi molla rejiminin məmurlarının Təbrizdə fəalları həbs etmələri ilə bağlı məlumat verdiyi üçün yaxalanıb.

Azərbaycanlı vəkil Sina Yusifi son günlər etiraz aksiyaları zamanı Təbrizdə 1700 nəfərin həbs edildiyini açıqlamışdı.

Sina Yusifi demişdi: “Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyası son etiraz aksiyalarında yaxalanan şəxslərə hüquqi dəstək göstərmək üçün “Müdafiə Komitəsi” yaradıb”.

Azərbaycanlı vəkili nədə ittiham etmələri barədə hələlik dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Sina Yusifi  vəkimi son illər Güney Azərbaycanda azərbaycanlı mədəni fəalların hüquqlarını qorumaq, onlara vəkillik etməkdə fəal iştirak edib.

Həmçinin yoxlayın

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …

“TankerTrackers”: İrandan Çinə xam neft idxalı sürətlə azalır; neft saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti kimi rəsmiləşdirilir

GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı …