Çərşənbə , Oktyabr 21 2026
azfa

İsrail günahsız insanları qətliam edən İran PUA-larını vurmağa Ukraynaya yardım edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Ukraynada günahsız insanları qətliam edən İran PUA-larını vurmağa Ukraynaya yardım edir.

Bununla bağlı İsrail Ukraynaya bəzi kəşfiyyat məlumatları təqdim edib. Bu məlumat İranın pilotsuz təyyarələrini məhv etmək üçün faydalıdır. Bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Eyni zamanda, məqalədə Ukrayna xarici işlər naziri Dmitri Kulebanın hava hücumundan müdafiə sistemləri üçün İsrailə müraciət etdiyi xatırladılıb:

 “İsrailin müdafiə naziri Benni Qantz ukraynalı diplomatın istəyini rədd edib, çünki Ər-Riyad Suriyada reydlər keçirməkdə Moskva ilə əməkdaşlıq edir. Lakin İsrailin Ukraynaya İran PUA-ları ilə mübarizə aparmağa kömək edəcək erkən xəbərdarlıq sistemləri verəcəyi bildirilir”.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …