Çərşənbə , Oktyabr 21 2026
azfa

Azərbaycanlı Milli fəal Cavad Əhmədi Yekanlı zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlı vəsiqə qarşılığında zaminə buraxılıb.

Güney Azərbaycanın Xoy şəhərindən olan və noyabrın 18-də rejimin ETTELAAT məmurları tərəfindən həbs edilən azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlı 500 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Molla rejimi azərbaycanlı milli fəala qarşı “ölkənin milli təhlükəsziliyinə qarşı toplaşmaq və ictimai asayişi pozmaq” ittihamı irəli sürüb.

Qeyd edək ki, oktyabrın 2-də molla rejiminin Xoy şəhərindəki ata evində həbs etdiyi Cavad Əhmədi Yekanlı, oktyabrın 19-da Urmiya şəhərində rejimin ETTELAAT İdarəsinin təcridxanasına, bir neçə gün sonra isə Urmiyada rejimin zindanına köçürülmüşdüş azərbaycanlı fəal nəhayət  noyabrın 2-də isə vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …