Çərşənbə , Oktyabr 21 2026
azfa

Azərbaycanlı fəal Melika Qaragözlünün həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı öyrənci fəalı, “Əllamə Təbatəbayi” Universitetinin jurnalistika fakültəsinin öyrəncisi Melika Qaragözlünün həyatı təhlükədədir.

Azərbaycanlı fəalın vəkili Məhəmmədəli Kamfiruzi sosial şəbəkərlərdə bununla bağlı paylaşım edərək bildirib ki, fəal anasına zəng edərək bildirib ki, xəstəxanada bir neçə nəfər kişi onu döyüblər. Onların məqsədi fəala bilinməyən iynə vurmaq və fəalı taxta bağmaq istəyiblər.

Melika Qaragözlü isə buna etiraz olaraq aclıq aksiyasına başlayıb və onunla telefon əlaqəsinə qadağa qoyulub.

Qeyd edək ki, Melika Qaragözlü oktyabrın 1-i gecə saatlarında 10 kişi və 1 qadın məmurun evinə hücum etməsi, qapısının sındırılması nəticəsində yaxalanmışdı. Fəal anası ilə qısa telefon danışığında Tehranın Evin zindanının 209-cu bölməsinə salındığını bildirmişdi.

22 yaşlı azərbaycanlı fəal sentyabrda Tehran İnqilab Məhkəməsi tərəfindən 4 il 4 ay həbs cəzasına məhkum edilib və zindana köçürülmə barədə son qərarı gözləyirdi.

Melika Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra İran rejiminin məmurları tərəfindən həbs edilmişdi.

Bundan öncə isə Melika Qaragözlü 2019-cu ilin noyabrın 18-də Tehranda benzinin qiymətinin kəskin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı tutulub 6 ay həbsə məhkum edilsə də, dekabrın 1-də  600 milyon riallıq vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …