Çərşənbə , Oktyabr 21 2026
azfa

Türkiyənin Hakkari bölgəsi terrorçulardan tam təmizləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin İran və İraqla sərhəddə yerləşən Hakkari vilayəti terrorçulardan tamamilə təmizlənib.

Bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

“Sizlərə bir şeyi demək istəyirəm. Türk xalqı bunu ilk dəfə eşitmiş olacaq. Son 40 ildə ilk dəfədir ki, bu bölgədə yaşayan insanlar terrorçular olmadan Ramazan bayramını tam təhlükəsiz şəkildə qeyd edirlər. Hakkari terrorçulardan tamamilə təmizlənib. Buna nail olmaq üçün Türkiyə bu günə kimi çox böyük çətinliklərin öhdəsindən gəlib”, – nazir bildirib.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …