Şənbə , Oktyabr 31 2026
azfa

İran erməniləri təşkilatlandırıb Türkiyəyə qarşı etiraza çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran erməniləri təşkilatlandırıb Türkiyəyə qarşı etiraza çıxarı. Artıq aprelin 24-ü səhər saatlarından başlayaraq İranın müxtəlif şəhərlərində qondarma erməni soyqırımının 107-ci ili ilə bağlı mərasimlər keçirilir.

İlk olaraq səhər saatlarında Tehranıın “Serkise müqəddəs” klisəsındə başlayan oyuncaq mərasimdə hər il olduğu kimi Türkiyə və Azərbaycan əleyhinə ənənəvi çıxışlar edilib.

İran hökumətinin dəstəyi və təşkilatçılığı ilə keçirilən anım mərasimindən sonra mərasim iştirakçıları Türkiyənin Tehrandakı səfirliyi qarşısına yürüç edib, aksiya keçiriblər.

Əllərində “Türkiyə cinayət edir, Amerika himayə edir” və başqa anti-Türkiyə məzmunlu plakatlar qaldıran aksiyaçılar səfirlik qarşısına toplaşıblar.

Bununla yanaşı İranın İsfahan və başqa bir neçə şəhərində də oxşar aksiyalar keçirilib.

Qeyd edək ki, erməniləri Azərbaycan və Türkiyəyə qarşı etiraza çıxaran İran, Xocalı soyqrımı ilə bağlı mərsimlərə hər zaman divan tutub.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa …