Bazar ertəsi , Avqust 24 2026
azfa

Təbrizdə Azərbaycan türkcəsində tamaşa səhnəyə qoyulur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 27-də Azərbaycan türkcəsində olan “Malı çox, günü qara” tamaşası Təbrizin 22 Bəhmən kinokompleksinin Siyami zalında nümayiş olunacaq.

Tamaşanın rejissoru Yaqub Sədiq Camal Təbrizin “Sorxeyi” sarayında bir qrup sənətçi, həvəskar və media mənsublarının iştirakı ilə “Malı çox, günü qara” komediya tamaşasının afişasının açılış mərasimində çıxış edərək məlumat verib.

O, Səməd Behrənginin əsəri əsasında hazırlanan “Balaca qara balıq” tamaşasının maliyyə problemləri və başqa məhdudiyyətlər səbəbindən səhnədən yığışdırıldığını söyləyərək, Təbrizdə sənət adamlarının ağır durumundan gileylənib:

“Son nəfəslərimizi çəkirik. Sənətimizi ağır durumdan qurtarmaq üçün kimin əlindən bir iş gəlirsə, addım atsın. Bunu özümə görə demirəm, böyük sənət adamlarının ağır vəziyyətini nəzərə alaraq yardıma çağırıram. Sənət adamları ya köçüblər, ya da köçmək ərəfəsindədirlər”.

Qeyd edək ki, “Malı çox, günü qara” tamaşası Azərbaycan folklor hekayələri əsasında hazırlanıb.

Həmçinin yoxlayın

Urmiyada azərbaycanlı xanın Sara Hüseynzadənin taleyindən xəbər yoxdur

GADTB: Ailəsinin bir neçə həftədir davam edən narahatlığı və ondan xəbər ala bilməməsindən sonra məlum …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin 59-cu doğum gününü həbsxanada keçirdi

GADTB: Avqustun 23-ü Azərbaycanın milli-mədəni fəalı və siyasi məhbus Abbas Lisaninin 59 yaşı tamam oldu. …