Cümə axşamı , May 7 2026
azfa

Molla rejimi Qaşqay türklərinin milli geyiminə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Qaşqay Yurdun mərkəzi Firuzabad şəhərində ümumi məkanlarda qaşqay milli geyiminə qadağa qoyub.

Əhalisi tamamilə qaşqaylardan ibarət olan Firuzabadın Nəzarət Komissiyasının sədri Səid Cokar iş yerlərinə, əyləncə-turizm mərkəzlərinə, restoranlara və sair iaşə müəssisələrinə təlimat göndərib.

02.07.2023-cü il tarixli, 528049 nömrəli təlimatda deyilir: “İş Məkanlarına Nəzarət Komissiyasının qərara aldığı 20.06.2023-cü il tarixli protokolunun 9-cu bəndinə əsasən ofisant, qapıçı, avtomobil dayanacağı operatoru kimi və ya hər hansı fəaliyyət və əmtəə satışı üzrə etnik geyimləri, o cümlədən türk, lor, kürd, bəluç və sair bu kimi milli geyimlərdən istifadə qadağandır”.

Təlimatda guya əski çağlardan etniklərin qalan bu milli geyimlərin “onların şan-şöhrətlərinə xələl gətirdiyi” bildirilir.

Qeyd olunub ki, buna riayət etməyən iş yerləri isə İş Məkanları Sistemi Qanununun 27 və 28-ci maddələrinə əsasən möhürlənəcək.

Qeyd edək ki, Qaşqay Yurd bölgəsi İranın cənub-qərbində yerləşir, Fars və Buşehr əyalətinin önəmli hissəsini təşkil edir.

Qaşqaylar habelə İsfahan, Çahar-Mahal və Bəxtiyari əyalətlərində öz tarixi dədə-baba torpaqlarında yaşayır. Firuzabad şəhərinin əhalisi tamamilə qaşqay türkləridir.

Həmçinin yoxlayın

BMT-nin keçmiş silah müfəttişi: Bütün zənginləşdirilmiş uran İrandan çıxarılmalıdır

GADTB: Channel 12 telekanalının yaydığı məlumata görə, BMT-nin keçmiş nüvə müfəttişi və “Elm və Beynəlxalq …

ABŞ qüvvələri Oman körfəzində İranın “Hosna” neft tankerini hədəfə alıb

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı İran bayrağı altında üzən boş neft tankerini Oman dənizində hədəfə aldığını …