Çərşənbə , Oktyabr 21 2026
azfa

Həşd Şəəbi terror qruplaşması öz qüvvələrini tələbə adı ilə Tehran Universitetinə göndərmək barədə razılıq əldə edib

GADTB: SEPAH-ın dəstəklədiyi İraqın Həşd əş-Şəbi qruplaşmasının (Xalq Səfərbərlik Qüvvələri) rəsmisi Tehran Universiteti ilə qruplaşmanın əsgərlərini tələbə adı altında təhsil almaq üçün həmin təhsil ocağına göndərmək barədə razılaşma əldə etdiyini bildirib.

Tehran Universitetinin rektoru Seyid Məhəmməd Muqimi iyulun 9-da Həşdi Şəəbi-nin təhsil və təlim üzrə müavini Hüseyn Musəvi Bəxati və bir qrup iraqlı öyrənci ilə görüşdə deyib:

 “Biz Həşdi-Şəəbi-nin müraciətini alqışlayırıq. Şəəbi qardaşları Tehran Universitetində təhsillərini davam etdirəcəklər. Biz qruplaşmadakı dostlarımıza digər əcnəbi öyrəncilərlə müqayisədə daha ciddi və elmi standartlar tətbiq edəcəyik. Çünki bizim bu qarşılıqlı elmi əlaqədə məqsədimiz nə pul qazanmaq, nə də elmi dərəcələr verməkdir. Əksinə, əsas məqsəd müsəlman mücahidlərinin bilik və təcrübə səviyyəsini yüksəltməkdir”./Azad İran

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …