Molla rejimi Ermənistanın Araz çayında ekoloji terroruna etiraz edən azərbaycanlı fəallara işgəncə verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi iyulun 7-də Xudafərin körpüsü yaxınlığında Ermənistanın Araz çayını çirkəndirməsinə etiraz etdikləri üçün yaxaladığı 6 nəfər azərbaycanlı fəala işgəncə verib.

Azərbaycanlı fəallar Mustafa Əvəzpur, Rəhim Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur və Cəfər Noruzi 28 saat dindirildikdən sonra sərbəst buraxılsalar da, Sədullah Sasaninin durumu ağır olduğu üçün o, təhlükəsizlik idarəsində saxlanılıb.

Yaxalanan azərbaycanlı fəallar bununla bağlı deyiblər: “Bizi saxladıqdan sonra mobil telefon və başqa şəxsi əşyalarımızı aldılar, buraxıldıqdan sonra da geri qaytarmadılar. Məmurlar bizi mümkün qədər incidirdilər, təhqir edir, isti havada günəş altında barmaqlıqlara qandallayaraq ac-susuz saxladılar. Dindirmə zamanı bizi dəfələrlə ölümcül şəkildə döydülər. Sədulla Sasaniyə isə daha ağır işgəncələr verildiyi üçün onun vəziyyəti ağırlaşdı və məsələ ictimailəşməsin deyə onu həbsdən buraxmadılar”.

Qeyd edək ki, Ermənistanın Mestamur AES-in zəhərli tullantılarının Araz çayına axıdılması nəticəsində Güney Azərbaycan bölgələrində kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəyib, bölgədə xərçəng xəstəliyi geniş yayılıb. Fəallar buna etiraz məqsədilə Araz çayının sahilinə gedərkən İran təhlükəsizlik orqanları tərəfindən saxlanılıblar.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası İranda mətbuat azadlığına qoyulan məhdudiyyətləri sərt şəkildə tənqid edib

GADTB: Təşkilatın yüz illik yubileyini qeyd etmək üçün Parisdə keçirilən Dünya Konqresində qəbul edilən və …

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …