Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türkiyə F-16-larla bağlı 2 milyardlıq saziş imzaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Turkish Aerospace” şirkəti və ASELSAN F-16 qırıcılarının eskadrilyasının modernləşdirilməsinə dair müqavilə imzalayıb.

Bu barədə “Defens Nyus” məlumat yayıb.

Məlumata görə, dəyəri 2 milyard dollar olan müqavilə qırıcıları “Block 30” standartına və daha yuxarı səviyyəyə yüksəltmək üçün nəzərdə tutulub:

“Turkish Aerospace” və ASELSAN müqavilənin təfərrüatını açıqlamayıb. Modernləşdirmə proqramı Türkiyə istehsalı olan silah sistemlərinin inteqrasiyasını və ASELSAN tərəfindən hazırlanmış MURAD AFAR-dan yerli radarların quraşdırılmasını asanlaşdıracaq”.

Qeyd edək ki, Bayden administrasiyası Türkiyənin ABŞ-dan 40 ədəd yeni F-16, eləcə də təkmilləşdirmə dəstləri almaq istəyini dəstəkləyib. Bəzi konqresmenlər, xüsusilə də Senatın Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst Bob Menendes buna qarşı çıxır.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …