Astaralı öyrəncilər Astaranın Azərbaycana qaytarılması tələbilə imza toplayıb rəsmilərə müraciət etdilər-Məktub

GADTB-nin Mətbuat Mərkəzinin Astara səsinə istinadən yaydığı məlumata görə, Güney Azərbaycandan qoparılaraq Gilana birləşdirilən Astara şəhərinin öyrənciləri Astaranın Azərbaycana qaytarılması tələbilə imza toplayıb bu şəhərin məclisdəki millət vəkili, icra hakimi və imam cüməsinə müraciət etdilər.

Mətktubun mətninin xülasəsini təqdim edirik:

Ümid edirik ki, Astaranın türk öyrəncilərinin davamlı şəkildə verdikləri bəyanatı oxuyub, nəzərə almısınız. Bir daha bildirmək istəyirik ki, Astaranın türk əhalisi bu liman şəhərinin ölkədə inzinati ətrazi bölgüsü qanununun 10-cu maddəsinə uyğun olaraq Ərdəbil vilayətinə birləşdirilməsini tələb edirik. Ölkə və Gilan rəsmilərindən tələb edirik ki, Astaranın Gilandan ayrılaraq Azərbaycana qaytarılmasına mane olmasınlar və bizimlə, eləcə də Astara əhalisi ilə əməkdaşlıq etsinlər.

Əgər bizim haqlı tələblərimizin qarşısı alınsa bütün Gilan vilayətində bizim kütləvi etirazlarımızla qarşılaşacaqsız.

Astara Universitetinin türk öyrənciləri

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın