Çərşənbə , Avqust 26 2026
azfa

Ana Dili Günü ərəfəsində Təbrizdə vərəqələr paylanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir qrup azərbaycanlı fəal Ana Dili Günü münasibətilə Təbrizdə vərəqələr paylayıblar.

Azərbaycan Milli Hərəkatının fəalları 21 fevral Dünya Ana Dili Günü münasibətilə çox sayda vərəqələr çap edərək Təbriz şəhərinin ictimai yerlərində paylamaqla molla rejiminin irqçi siyasətinə etiraz ediblər.  

Divarlara yapışdırılan və ya paylanılan vərəqələrdə aşağıdakı şüarlar yazılıb:

“Dilim ölərsə, mən də ölərəm!”; “Mənim dilim haqq söylər, dilimi qoparmağa çalışırlar!”.

Qeyd edək ki, hər il fevralın 21-i Beynəlxalq Ana Dili Günü ərəfəsində müxtəlif mərasimlər keçirilıib və uaşaqlara azərbaycanlı fəallar tərəfindən türk dilində çap edilmiş kitablar paylayırlar.

Həmçinin yoxlayın

Benyamin Netanyahu: “Vəhşi” İran rəhbərləri ilə diplomatik razılaşma əldə etmək mümkün deyil

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Əsgər Əkbərzadə” Ərdəbil Fatimi xəstəxanasına köçürülüb; azərbaycanlı fəalın səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə, çərşənbə axşamı axşam saatlarında davam edən …