Cümə , İyun 13 2025
azfa

Abbas Lisani: “Mübarizəmin amacı ana dilimi qorumaqdır”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı və qeyri-fars sosial şəbəkə istifadəçiləri arasında tvitter və digər sosial şəbəkə qruplarında #Mən və Farsca həştaqı ilə başladılan kampaniyanın davamında azərbaycanlı siyasi məhbus Abbas Lisaninin məhkəmədə ana dili ilə bağlı söylədiy fikirlər yayılıb.

Azərbaycanlı siyasi məhbus Abbas Lisani 2003-cü ildə illik Babək Qalası Qurultayından sonra “Sistemə qarşı təbliğat”da ittiham edilərək, məhkəmədə müdafiə çıxışı zamanı Rəbii adlı məhkəmə sədrinin fars dilli olduğuna görə tərcüməçi istəmişdi.

Farscadan türkcəyə və tərsinə tərcümə etmək üçün iki nəfər məhkəməyə gətirilib, bu ilk dəfə olaraq məhkəmə işində qeyd olunub.

Məhkəmə sədri Rəbii Abbas Lisaniyə farscanı yaxşı bildiyin halda nədən tərcüməçi tələb edirsən? Abbas Lisani cavab vermişdi: “Mənim mübarizəmin fəlsəfəsi ana dilimi müdafiə etməkdir”.

Abbas Lisani 2004-cü ildə Ermənistan heyətinin Ərdəbilə səfər etməsinə etiraz olaraq şəhərin “Sərçeşmə” məçidində oturaq aksiya keçirdiyi üçün “Ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət”də ittiham edilərək mühakimə olunmuşdu. İslami soyadlı fars dilli məhkəmə sədri məhkəmə zalına tərcüməçi çağrılmasına icazə vermədiyi üçün bir neçə dəqiqə susub və sualları cavabsız qoyduqdan sonra etiraz əlaməti olaraq məhkəmə zalını tərk etmişdi. 

Abbas Lisani həmçinin 2016-cı ilin may ayında Şiraz zindanından yeni ittihamla tanış olmaq üçün həmin şəhərin İnqilab Məhkəməsinə köçürülmüşdü. Məhkəmə iclasında o, tərcüməçisiz özünü müdafiə etməyəcəyini barədə israrından sonra, orada işləyən Qaşqay türklərindən biri tərcüməçi kimi məhkəmə zalına gətirilmişdi.

Həmçinin yoxlayın

Marağada molla rejimi azərbaycanlı körpəyə məcburi ad seçimi edib

GADTB: Marağada molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları azərbaycanlı körpəyə doğum şəhadətnaməsində seçilən adı …

20 ildə ilk dəfə: AEBA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edir

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası İrana qarşı qətnamə qəbul edib və …