Bazar ertəsi , İyul 20 2026
azfa

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları arasında ciddi fikir ayrılığına səbəb olub.

Hökumətə yaxın nəşrlər olan “İran” və “Həmşəhri” qəzetləri mümkün sazişi diplomatik uğur və strateji qələbə kimi təqdim edirlər. “Həmşəhri” qəzeti bu mövqeyi əsaslandırmaq üçün İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamalarına da istinad edib.

Bunun əksinə olaraq, sərt xətt tərəfdarı və fundamentalist mövqeyi ilə tanınan qəzetlər razılaşmaya kəskin etiraz edir. Onlar sənədin İranın milli maraqlarına cavab vermədiyini və ölkənin mühüm güzəştlərə getməsinə səbəb ola biləcəyini iddia edirlər./ Azad İran

Həmçinin yoxlayın

Ermənistandakı tikinti layihələrinin üçdə ikisini İran şirkətləri icra edir

GADTB: İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan bildirib ki, hazırda Ermənistanda həyata keçirilən texniki, …

İsrailin İran İslam Respublikası qarşısında son ssenariləri

GADTB: İsrail tam döyüş hazırlığı vəziyyətinə gətirilib və bu ölkəni İran İslam Respublikası ilə müharibəyə …