Çərşənbə axşamı , İyul 28 2026
azfa

ABŞ İrana bağlı terrorçuların çox sayda hərbi bazasını dağıtdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Silahlı Qüvvələri İraqdakı Kətaib Hizbullah və Həşdişəbi qruplaşmasının silah anbarlarına və hərbi bazalarına zərbə endirib.

ABŞ Müdafiə Nazirliyinin məlumatın 11 hərbi bazasının dağıdıldığı bildirilir. Əsasən İraqın əksər bölgələrində və Suriyada hərbi bazalar bombalanıb.

Bu zərbələrin İraqda ABŞ bazalarına edilən hücuma cavab olaraq endirildiyi bildirilib.

Qeyd edək ki, bundan öncə İrana bağlı terrorçular ABŞ-ın Taci bazasına hücum etmişdilər. Nəticədə 2 ABŞ əsgəri ölüb, 12 nəfər isə yaralanıb. Pentaqon hücumda 1 Britaniya əsgərinin də öldüyünü bildirib.

Pentaqon rəhbəri Mark Esper isə bildirib ki, hücumu həyata keçirən qüvvələrin cəzalandırılması üçün bütün seçimlər masadadır. Onun sözlərinə görə, hücumu İranın dəstək verdiyi qruplaşmalar həyata keçirib.

Həmçinin yoxlayın

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Əsgər Əkbərzadə Ərdəbil həbsxanasında məhbusların saxlanma şəraitinin ağır və qeyri-insani olduğunu bildirib

GADTB: Ərdəbil həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə ailəsi ilə görüşü zamanı məhbusların saxlanma …

Bir cavab yazın