Bazar ertəsi , Avqust 24 2026
azfa

ABŞ irqçi fars rejimin bölgədə şər qüvvə olduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ nəhayət irqçi fars rejimin bölgədə şər qüvvə olduğunu etiraf edib. Birləşmiş Ştatların dövlət katibi sentyabrın 22-də dünyanın bütün ölkələrinin birlikdə əməkdaşlıq etmək və İran İslam Respublikasının artan düşmənçiliyini zərərsizləşdirməklə bağlı məsuliyyətinin olduğunu bildirib.

“Washington Times”ın məlumatına görə, Mayk Pompeo “Fox News” a verdiyi müsahibədə Səudiyyə Ərəbistanının neft mərkəzlərinə son hücumların İranın davam edən destabilizasiya hərəkətlərinin ən son nümunəsi olduğunu vurğulayıb.

O, keçən həftənin şənbə günü baş verən hücumların İran tərəfindən müharibə aktı olduğunu bir daha qeyd edərək deyib ki, rəsmi Vaşinqton diplomatiya ilə davranaraq, hərbi addımdan çəkinmək istəyir.

Bölgədə şər qüvvə

ABŞ dövlət katibi ötən bazar günü başqa bir müsahibə zamanı İslam Respublikasını “bölgənin şər qüvvəsi” adlandırıb və Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumları “müharibə aktı” kimi xarakterizə edərək deyib ki, İran heç şübhəsiz, bu hücumların arxasında olub.

CBS News telekanalına verdiyi müsahibədə Mayk Pompeo, Səudiyyə Ərəbistanın şərqindəki neft yatağına və neft istehsalı obyektinə hücumun husilərin həyata keçirə bilməyəcəyi bir işi olduğuna diqqət çəkib.

Bununla belə, Prezident Trampın dövlət katibi vurğulayıb: “Bizim missiyamızın əsası müharibədən çəkinməkdir; “Biz çəkindirici və müdafiə məqsədilə bölgəyə daha çox qüvvə göndərəcəyik”.

“Bütün dünya İranın pis bir aktyor olduğunu bilir. Onlar bölgədə şər qüvvədir”,- deyə sonda Pompeo bildirib.

Həmçinin yoxlayın

Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin 59-cu doğum gününü həbsxanada keçirdi

GADTB: Avqustun 23-ü Azərbaycanın milli-mədəni fəalı və siyasi məhbus Abbas Lisaninin 59 yaşı tamam oldu. …

Molla rejimi gəmilərin Hörmüz boğazından keçidinə görə haqq alınmasını parlamentdə təsdiqlədi

GADTB: Molla rejimi gəli əldə etmək məqsədilə gəmilərin Hörmüz boğazından keçidinə görə haqq alınmasını parlamentdə …

Bir cavab yazın