Bazar ertəsi , Oktyabr 7 2024
azfa

ABŞ Uyğur türklərinə cinayət işləyən Çin rəsmilərinə sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ hökuməti Çində uyğur türkləri və digər müsəlman azlıqların yaşadığı Şərqi Türküstandan insan haqlarının pozulmasına görə məsul saydığı çinli siyasətçilərə qarşı maliyyə sanksiyaları tətbiq edib.

“Qara siyahı”ya düşən şəxslərin ABŞ-dakı aktivləri dondurulacaq və ölkə sərhədləri çərçivəsində bu şəxslərlə ticarət əlaqəsi cinayət sayılacaq.

Çin regionda müsəlman azlıqlara qarşı kütləvi həbslər, dinin inancdan dolayı təzyiq və zorla qısırlaşdırma siyasəti aparmaqda ittiham olunur.

Çin Kommunist Partiyasının Sintszyan-Uyğur (Şərqi Türküstan) üzrə birinci katibi Çün Çuanquo, Sintszyan-Uyğur İctimai Təhlükəsizlik İdarəsinin sədri Vanq Minqşan, ÇKP-da rəhbər vəzifə tutan Ju Hailun və sabiq təhlükəsizlik rəsmisi Huo Liucinin adı var.

Huo xaricində digər üç səlahiyyətli şəxs və ailəsinin ABŞ-a girişi qadağan olunub. Sintszyan-Uyğur İctimai Təhlükəsizlik İdarəsi sanksiyalar siyahısına daxil edilib.

Qeyd edək ki, kommunist Çin rejimi uyğur türklərini Şərqi Türküstanda zülm və soyqırıma məruz qoyur. Uyğur qadınlar və qızlar kütləvi şəkildə iynə və dərmanlarla qısırlaşdırılır. Ümumiyyətlə Çin dövləti uyğur türklərini bir millət kimi yer üzündən silməyə çalışır.

Həmçinin yoxlayın

Dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı tərəfdarlar həbs edilbilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı …

Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə yoluxma halları artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə …

Bir cavab yazın