Bazar ertəsi , İyul 13 2026
azfa

ABŞ və Britaniya regiona hərbi gəmilər və qüvvələr göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-la birlikdə Böyük Britaniya Hörmüz boğazına iki hərbi gəmi göndərəcək.

Bu barədə krallığın Müdafiə Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, məqsəd Britaniya bayrağı altında üzən gəmilərin və britaniyalı vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Bunun üçün hərbçilərə bütün səlahiyyətlər verilib.

Məlumata görə, krallığa məxsus gəmilərin bölgəyə göndərilməsi İranın terrorçu İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsindən sonra gərginliyin artması ilə bağlıdır.

Həmçinin ABŞ Hərbi Dəniz Donanması Yaxın Şərqə iki döyüş gəmisi göndərir.

Terrorçu Qasım Süleymaninin Bağdadda öldürülməsindən sonra Mərakeş ilə baş tutacaq birgə hərbi təlimlər təxirə salınıb və bu təlimdə iştirak edəcək gəmilər Yaxın Şərqə doğru yol alacaq.

Gəmilərdən biri “USS Bataan” çoxfunksiyalı hücum gəmisi, digəri isə ABŞ Dəniz Piyadaları 26-cı Hərəkat Taborunu (2 min 100 əsgər) daşıyan gəmidir. Onların göndərilmə məqsədi isə təhlükəsizliyi təmin etməkdir.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daha əvvəl Yaxın Şərqə 3 min 500 əsgər göndərəcəyini açıqlamışdı.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …

Bir cavab yazın