GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Hərbi Hava Qüvvələrinin İraqın Suriya ilə sərhəddəki Əl-Kaim şəhərində Xamneiyə bağlı “Kataib Hezbullah” qruplaşmasının bazasına endirdiyi hava zərbəsi nəticəsində həlak olan şiə döyüşçülərinin sayı 25 nəfərə çatıb. Bu barədə bazar günü “As Sumaria” telekanalı bildirib.
Telekanalın informasiyasına görə hücum zamanı daha 38 döyüşçü (bəzi məlumatlara görə hətta 51) yaralanıb.
İraqın Xamneiyə bağlı HaşdiŞəbi şiə qruplaşması komandanının müavini Əbu Mahdi əl-Muhendis ABŞ-a xəbərdarlıq edərək bildirib ki, Pentaqonun hücumu cəzasız qalmayacaq. “İraqda ABŞ qüvvələrini sərt cavab gözləyir”, – deyə o qeyd edib.
“Al Arabiya” telekanalının məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin hücumu zamanı həlak olan hərbçilər arasında İranın da 3 hərbi müşaviri var.
Telekanal İraqın təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən xəbər verib ki, bazar günü axşam Bağdaddan şimalda, ABŞ hərbi qulluqçularının yerləşdirildiyi Ət-Taci hərbi bazasında azı dörd minaatan mərmisi partlayıb. Zərərçəkənlər haqqında məlumat verilmir.
Daha əvvəl Pentaqonun nümayəndəsi bildirib ki, ABŞ ona edilən hücumlara cavab olaraq Suriya və İraqda “Kataib Hezbullah” şiə qruplaşmasının beş obyektinə bir neçə zərbə endirib. Müdafiə Nazirliyi nümayəndəsinin versiyasına görə, “Kataib Hezbullah” Kərkük yaxınlığındakı bazaya cümə günü atılan raketə görə məsuliyyət daşıyır. Həmin atəş nəticəsində ABŞ-ın müki vətəndaşı həlak olub.
Xatırladaq ki, “Kataib Hezbullah” 2003-cü ildə yaradılıb, qruplaşma 3000 döyüşçünü özündə birləşdirir və “Haşdişəbi”nin tərkibinə daxildir. Şiə döyüşçüləri irqçi fars rejimə bağlıdır və İŞİD terror qruplaşması ilə mübarizə adı altında yaradılıb.