Çərşənbə axşamı , İyul 27 2021
azfa

Afrindən yeni xəbər: Türkiyə ordusu 2777 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri və ASO-nun “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçu sayı 2777-ə çatıb.

Suriyanın Afrin şəhərini terrorçulardan təmizləməyə davam edən Türkiyə bir yandan da buradakı mülki şəxslərə humanitar yardım göstərir.

Axar.az xəbər verir ki, Türkiyə Dəyanət Vəqfi YPG/PKK təhdidinə rəğmən evlərini tərk etməyən afrinlilərə baş çəkərək, onları ərzaq və qida ehtiyatı ilə təmin edir.

Vəqfin Suriya üzrə nümayəndəsi Məhməd Təməlli bildirib ki, yerli sakinlərə təkcə ərzaq deyil, həm də geyim, yataq dəstləri, tibbi ləvazimatlar verilir:

“Sakinlərə həkim müayinəsi də təşkil etməyi düşünürük. Bu yardım aksiyamızı terrorçulardan azad edilən digər bölgələrdə də həyata keçirəcəyik”.

Türkiyənin bu addımı “Zeytun budağı” hərəkatı başlayan gündən bu vaxta qədər rəsmi Ankaraya qarşı qarayaxma kampaniyası başladan bəzi xarici qüvvələrə növbəti zərbə olub. Belə ki, müəyyən dairələr Türkiyənin Afrində işğalçı siyasət yürütdüyünü, mülki şəxsləri hədəfə aldığını iddia edir. Lakin türk əsgəri dəfələrlə bu iddiaların əsassız olduğunu öz əməli ilə sübuta yetirib.

Sosial şəbəkələrdə türk hərbçilərinin Afrində terrorçuların qurduğu bombalardan zəhərlənən heyvanlara kömək etməsi haqda görüntülər də yayılıb. Yerli media bu olayı “Türkiyə mülki şəxsləri öldürür” deyənlər yaxşı baxsın, bizim ordumuz nəinki insanlara, hətta heyvanlara da həssas yanaşır” cümlələri ilə təqdim edib.

Qeyd edək ki, TSQ Afrin əməliyyatlarının Türkiyənin hüquqi qanunvericiliyi, BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə istiqamətlənmiş 1624, 2170 və 2178 saylı qətnamələri və BMT razılaşmasının 51-ci maddəsində göstərilmiş özünümüdafiə hüququ çərçivəsində Suriyanın ərazi bütövlüyünə hörmət etməklə həyata keçirildiyini və mülki vətəndaşların zərər görməməsi üçün son dərəcə ehtiyatlı davranıldığını açıqlayıb.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin telefon qadağası götürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan şəhərlərində 24 iyun etirazalarıı öncəsi azərbaycanlı …

Təbrizd həbs edilən Hadi Məhəmmədi zaminə buraxıldı, tutulanların bəzisinin siyahısı məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda 24 iyulda keçirilən aksiya zamanı və …

Bir cavab yazın