Bazar ertəsi , İyul 20 2026
azfa

Almaniyanın “Doyçe Bundesbank” bankı molla rejiminə qarşı sanksiyaya qoşuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyanın Doyçe Bundesbank bankı da molla rejiminə qarşı sanksiyaya qoşuldu.

Məlumata görə, İran adlanan ölkəyə qarşı sanksiyalara qoşulmayacağını bəyan edən Almaniya Tehranın istəyini rədd edib. Bu ölkənin “Doyçe Bundesbank”ı Tehrana 300 milyon avro nağd pul ödəməsini dayandırıb.

Trampın bank sektoruna tətbiq etdiyi sanksiyaların noyabrdan başlamasına qədər İran 300 milyon avronu əldə etmək istəyirdi, ancaq alman bankı həmin ödənişdən imtina edib.

Qeyd edək ki, bundan öncə İran Almaniya ilə Tehrana 300 milyon nağd pulun verilməsi üçün danışıqlara başlamışdı. İran tərəfdən bu danışıqları Mərkəzi Bankın yüksəkvəzifəli nümayəndəsi Əli Tarzalinin apardığı bildirilmişdi. Tehranın planına əsasən, bu pullar Almaniyadan hesablardan çıxarılaraq, İran aviaşirkətlərindən biri vasitəsilə Tehrana gətirilməli idi. Ancaq bir müddət öncə Almaniyanın Mərkəzi Bankının İranın 300 milyon avro nağd pulunun transferinin qarşısını almaqdan ötrü maliyyə siyasətini dəyişmək niyyətində olduğu barədə məlumat yayılmışdı.

 

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın