Bazar ertəsi , İyul 13 2026
azfa

Avropa Parlamentindən İran adlanan ölkədə baş örtüyünü açan qadınlara dəstək

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Avropa Parlamenti irqçi fars rejimində baş örtüyünü açan qadınların ciddi işgəncə və təzyiqə görə onlara dəstək nümayiş etdirib. Bununla bağlı mart ayının 1-də Avropa Parlamentinin 45 millət vəkili Avropa Birliyinin xarici işlər naziri Federiko Moqeriniyə məktub yazaraq İran adlanan ölkədə məcburi baş örtüyünə qarşı etiraz olaraq baş örtüyünü açan qadınlara dəstək verməyi tələb ediblər.

Millət vəkillərinin məktubunda, baş örtüyünü açdığına görə yaxalanan və təzyiqə məruz qadınlardan Vida Müvəhhid, Şima Babayi, Nərgiz Hüseyni və s. qadınların həbsinə toxunularaq, onların xaricdən göstəriş aldığına dair rejimin iddiası rədd edilib. Məktubda yazılıb: “Biz, sizdən istəyirik ki, İranda məcburi baş örtüyünə qarşı etiraz etdiytinə görə həbs edilən qadınlara dəstək verib, həmin qadınları dərhal və qeydsiz-şərtsiz sərbəst buraxılmasını tələb edəsiniz”.

Bundan başqa Beynəlxalq Əfv Təşkilatı da fevral ayının 26-da bəyanat yayaraq, İranda ən azı 35 qadının baş örtüyünü açdığına görə rejim qüvvələri tərəfindən həbs olunmasından narahatlığını bildirib. Beynəlxalq Əfv Təşkilatının bəyanatında deyilir ki, məcburi hicaba qarşı dinc etiraza görə həbs edilən onlarla qadın təzyiqə məruz qalmış və hazırda ədalətsizcəsinə mühakimə edilirlər.

Həmçinin yoxlayın

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək …

İran ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdi

GADTB: İranın qərb və mərkəzi bölgələrində yerləşən müxtəlif buraxılış məntəqələrindən regionun ərəb ölkələrinə qarşı genişmiqyaslı …

Bir cavab yazın