Bazar ertəsi , İyul 27 2026
azfa

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” BMT Baş Assambleyasının gündəliyinə salına bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə layihəsi yenidən BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə salına bilər.  Bu məsələ 73-cü plenar sessiyanın iş proqramında əksini tapıb.

Bildirilir ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi Baş Assambleyanın 72-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi, bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib.

Bundan başqa,  “GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihəsi də yenidən sessiyanın gündəliyə daxil edilə bilər. Sessiya çərçivəsində Birləşmiş Millətlər Təşkilatı ilə Demokratiya və İqtisadi İnkişaf Təşkilatı – GUAM arasında əməkdaşlığın da müzakirəsi istisna deyil.

BMT Baş Assambleyasının 73-ci sessiyası 18-26 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.

 

Həmçinin yoxlayın

ABŞ İranda etirazçıların edamlarının dayandırılmasını istədi

GADTB: ABŞ Dövlət Departamenti İranda etirazçılara qarşı tətbiq olunan edam cəzalarını tənqid edərək, siyasi məhbusların …

İsrailin sabiq baş naziri: İranla müharibə zamanı internetə çıxışın davamlılığını təmin etməli idik

GADTB: “Ynet” nəşrinin məlumatına görə, İsrailin sabiq baş naziri Naftali Bennett İsrail Milli Təhlükəsizlik Araşdırmaları …

Bir cavab yazın