Şənbə , İyul 11 2026
azfa

Azərbaycanlı fəal Savalan dağı zirvəsində azərbaycanlı siyasi məhbuslar azadlıq tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallardan biri Güney Azərbaycanda siyasi məhbuslara azadlıq tələb etmək məqsədilə Savalan dağı zirvəsinə çıxaraq, onların azadlığı tələbilə hazırladığı banneri nümayiş etdirib.

Savalan dağının zirvəsində nümayiş etdirilən bannerdə Güney Azərbaycanın siyasi məhbuslarından İbrahim Nuri, Əmir Səttari, Camal Musəvinəjad, Lətif Həsəni və Siyamək Mirzayinin şəkilləri əks etdirilib. Azərbaycanlı fəal nümayiş etdirdiyi bannerdə həmçinin “Özgürlük ocağını isti saxlayan alovlar” sözü əks etdirilib.

Beləliklə, bu simvolik hərəkətlə irqçi və işğalçı fars rejimin zindanlarında həbsdə olan Güney Azərbaycanın siyasi məhbuslarına dəstək verilib və onların sərbəst buraxılması tələb edilib.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın