GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı milli-mədəni fəal Nəsim xanım Sadiqinin apellyasiya məhkəməsi keçirilib.
Məhkəmə iclası irqçi fars rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 3-cü şöbəsində baş tutub.
Azərbaycanlı fəal özünə qarşı irəli sürülən bütün saxta ittihamları rədd edərək mədəni fəaliyyətinin qanun çərçivəsində olduğunu bildirib.
Qeyd edək ki,Təbriz sakini olan azərbaycanlı fəal 2019-cu il sentyabrın 21-ə irqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. Fəal şərlənərək “müxalif qrupların xeyirinə sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılmışdı.