Çərşənbə , Avqust 12 2026
azfa

Azərbaycanlı şairdən çağırış: Bizi tarix qarşısında utandırmayın!

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qum şəhərində yaşayan azərbaycanlı şair və yazıçı irqçi fars rejimin zindanlarında koronavirusun yayılması ilə əlaqədar azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını tələb edib.

Azərbaycanlı şair və yazıçı Heydər Bayat bu barədə Twitter səhifəsində yazıb:

“Zindanlarda koronavirusun yayılması xəbəri insanın canını lərzəyə salır. Hər halda siyasi məhbuslar barəsində çıxarılan məhkəmə qərarı ölüm və ya edam deyil. Cənablar bundan artıq özünüzü və bizi insanlıq və tarix qarşısında utandırmayın”.

Qeyd edək ki, koronavirusun zindanlarda yayılması ilə bağlı irqçi fars rejim bir sıra məhbusları zaminə buraxıb. Lakin Azərbaycan Əhalisi və İnsan Hüquqları Qurumları İran rejimini siyasi məhbusları zaminə buraxmağa çağırsa da hələ də azərbaycanlı siyasi məhbuslar Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Tövhid Əmir Əmini, Kazım Səfabəxş və Məhəmməd Əbdulməhəmmədzadə və s. azərbaycanlı milli-mədəni fəallar hələ də zindanlarda saxlanılır.

Həmçinin yoxlayın

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …

Molla rejimi azərbaycanlı fəal Milad Balsini məhkəməyə çağırdı

GADTB: Azərbaycanlı fəal «Milad Balsini»yə qarşı təzyiqlər davam edir. O, 18 mordad 1405-ci il tarixində …

Bir cavab yazın