Bazar ertəsi , Oktyabr 26 2026
azfa

BMT türkün beynəlxalqlaşmış qədim Yenigün bayramını qeyd etdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkün qədim Yenigün bayramı daha sonralar türk şahı Məlikşah tərəfindən hərfi tərcümə ilə novruza çevrilmiş və beynəlxalqlaşaraq artıq BMT tərəfindən də tanınılr. 20-də BMT-nin Vyana bölməsinin “Rotunda” salonunda Azərbaycan, Əfqanıstan, İraq, İran adlanan ölkə, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Beynəlxalq Yenigün (Novruz) Gününə həsr edilmiş tədbir keçirilib.

Bayram mərasimində BMT-nin Vyana bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT-nin Vyana ofisinin əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, Vyana ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə BMT-nin Vyana bölməsinin rəhbəri, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov açaraq, BMT-nin Baş katibi Antonio Quterreşin Novruz bayramı münasibətilə təbriklərini oxuyub.

Bildirilib ki, təbiətin oyanmasını müjdələyən, yeni ilin, yeni həyatın başlanğıcını bildirən Novruz daim insanlarda ümid, xoş gələcəyə inam və əmin-amanlıq arzusunu özündə ehtiva edir. Eyni zamanda, sülh, dostluq, insan haqları və insan ləyaqəti kimi dəyərlərinin qorunması ilə bağlı öhdəliklərimizi bizə xatırladan bu bayram bu dəyərlərə yenidən yüksək qiymət verməyimiz üçün yeni imkanlar açır.

Tədbirin bədii hissəsində müxtəlif ölkələrin musiqiçiləri konsert proqramı ilə çıxış ediblər, sonra isə milli yemək və şirniyyatlardan ibarət xüsusi guşələrdə qonaqlara ziyafət verilib.

 

 

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın