Şənbə , İyun 13 2026
azfa

Xəbərlər

Ermənistan yenə Azərbaycan ərazisini atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ətraflı oxu »

Güney Azərbaycandan “Qarabağ” futbol komandasına dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Güney Azərbaycan şəhərləri, xüsusilə Təbrizdə “Qarabağ” futbol komandasının qələbəsi qeyd edilib. Azərbaycanlı fəallar Təbriz şəhərində “Qarabağ” futbol komandasının “Braqa” komandası üzərində qalibiyyətindən sonra dəstək vərəqələri paylayıblar. Şəhərin ictimai yerlərində hazırlanıb yapışdırılan və paylanan “Birləşək” başlıqlı vərəqələrdə milli fəallar yazıblar: “Təbriz səni alqışlayır …

Ətraflı oxu »

Fəxrəddin Altundan Türkiye hərbi gücü ilə bağlı paylaşım

GADTB: Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyenin hərbi çəkindirmə qabiliyyətini sürətlə artırdığını bildirib. Fəxrəddin Altun bu barədə rəsmi internet səhifəsində paylaşım edib. Türkiyənin hərbi çəkindirmə qabiliyyətini sürətlə artırdığını deyən Fəxrəddin Altun bunun ən son nümunəsinin beşinci nəsil KAAN döyüş təyyarəsinin ilk uçuşu olduğunu qeyd edib. Prezident …

Ətraflı oxu »

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır. Azərbaycanlı fəal Salar Tahirəfşarın həbsindən 3 həftəyə yaxın vaxt keçsə də, o, hələ də ETTELAAT Nazirliyinin Evin həbsxanasındakı 209-cu bölməsində həbsdə saxlanılır. Tahir Əfşarın ailəsi bildirib ki, onun həbsxanaya …

Ətraflı oxu »

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını uğurla başa vurub. Bu barədə TRT məlumat yayıb. Məlumata görə, sınaq fəaliyyətində “Bayraqdar Akıncı C” 1 saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametrlər uğurla sınaqdan çıxıb.

Ətraflı oxu »

Ermənistan XİN: “Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılmasına hazırlıq gedir”

“Sputnik Armenia” xəbər verir ki, İran hökuməti Ermənistanın Təbrizdəki baş konsulluğunun açılışının 2024-cü ilin əvvəlinə planlaşdırıldığını bildirib. Məlumata görə, Ermənistan XİN bu haqda bildirib: “Nəzərinizə çatdırırıq ki, indi hazırlıq işləri görülür. Nazirlik əlavə proseslər haqqında lazımi məlumatı verəcək”. Qeyd olunub ki, daha öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal aclıq aksiyasına başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Tehrandakı Evin zindanında həbsdə saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı Murtaza Pərvin dünən ailəsi ilə qısa telefon danışığında sağlıq durumunun pisləşməsi ilə bağlı ailəsinə məlumat verib. Azərbaycanlı fəal bildirib ki, qanunsuz həbsdə saxlanılmasına etiraz etmək üçün aclıq aksiyasına başlayır. Murtaza Pərvin ailəsi ilə …

Ətraflı oxu »

GADTB-nin İranın Azərbaycanın qərb bölgəsində mühacir kürdləri alət etməsi və seçki oyunu barədə bildirişi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanı işğal edib, müstəmləkə şəraitində sağlayan işğalçı rejimdir. İşğalçı rejimin seçki oyunu da daxil olmaqla hər bir oyunu Azərbaycanın əleyhinə olduğu üçün Azərbaycan Milli Hərəkatı tərəfindən rədd edilir. İşğalçının işğalçılıq, zülm və müstəmləkə siyasətini hər hansı seçki ilə ortadan qaldırmaq özünü aldatmaqdır və Azərbaycanın qərb …

Ətraflı oxu »

Molla rejimi ana dilinə görə azərbaycanlı fəal Əsgər Fərəcini həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal Əsgər Fərəcini həbsdə saxlayır. Əsgər Fərəci Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “Ölkənin təhlükəsizliyinə qarşı hərəkət etmək məqsədi ilə toplaşmaq və sövdələşmək”, “rejim əleyhinə qruplara üzv olmaq”, “İslam Respublikası sisteminə qarşı təbliğat aparmaq”, “İctimai şüuru pozmaq …

Ətraflı oxu »

Urmiya zindanında 800 məhbus rəisin işdən uzaqlaşdırılmasını istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhər həbsxanasında cəza çəkən 800-dən çox məhbus açıq məktub yazaraq həbsxana rəisi Peyman Xanzadənin zülmündən intihar hallarının artmasına toxunaraq, onun işdən çıxarılmasını tələb ediblər. Məlumata görə, onlar həbsxana rəhbəri Peyman Zanzadənin məhbuslara və ailələrinə qarşı amansızlığınndan söz açıb, bu səbəbdən …

Ətraflı oxu »