Çərşənbə axşamı , İyul 28 2026
azfa

Çinin bəşəriyyətə qarşı cinayətlərinin daha bir hissəsi ifşa oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin laboratoridan koronavirus sızdırdığı, koronavirusa yoluxanları xarici ölkələrə göndərərək qəsdən virusu yayması, koronavirus epidemiyası ilə bağlı müxtəlif məlumatları təhrif etmək bəşəriyyətə qarşı cinayət işləməsindən əlavə Çinin bu sahədə cinayətlərinin yeni detalları müəyyənləşdirilib.

ABŞ-ın “Newsweek” dərgisinin Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına istinadən yaydığı sənədə əsasən, koronavirus yayılmadan öncə Çin dünyanın hər yerindən tibbi ləvazimatlar tədarük edib.

Sənəddə bildirilib ki, Çin qlobal fövqəladə vəziyyət elan etməməsi üçün Ümumdünya Səhiyyə Təşkilatını hədələyib. Çin pandemiya xəbərdarlığı elan etməsi təqdirində koronavirusun araşdırmasında ÜST ilə əməkdaşlığa son verəcəyi təhdidini gündəmə gətirib.

Dərgi 2 MKİ rəsmisinin sənədin məzmununu təsdiqlədiyini vurğulayıb.

Qeyd edək ki, Almaniyanın “Der Spiegel” dərgisi də ötən həftə alman kəşfiyyatına istinadən Çinin dövlət başçısı Si Cinpinin ÜST-ün Baş katibi Tedros Adhanom Qebreyesusa 21 yanvarda zəng edərək ona təzyiq göstərdiyinə dair məlumatı dərc etmişdi.

Həmçinin yoxlayın

The Times: “ABŞ və İsrail İranın yeni ali rəhbəri Müctəba Xameneyinin axtarışı üzrə məxfi əməliyyat aparırlar”

GADTB: Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və sağlıq durumunu …

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Bir cavab yazın