Şənbə , İyul 18 2026
azfa

Çinin koronavirusu qəsdən yayması barədə sirlər açılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin koronavirusun yayılması barədə sirlərin açılmamasına çalışsa da, artıq az da olsa bir sıra faktlar üzə çıxmaqdadır.

“Tayvannyuz” avropalı mənbələr, eləcə də Trampın müşaviri və ABŞ eksperti Stiv Bannon-a istinadən bildirib ki, Çinin Vuhan şəhərinin virusologiya laboratoriyasında işləyən bir alim Çindən gizli şəkildə Avropaya qaça bilib. Hələlik adını açıqlamaq istəmədikləri çinli alimin koronavirusla bağlı məxfi məlumatlara malik olduğu bildirilir. Məlumatların açıqlanacağı gözlənilir.

Həmin alimin qaça bilməsinə baxmayaraq Çin məlumatı olan və ya məlumat toplayan bütün şəxsləri yaxalayıb it-bat edir. Son olaraq Çində 3 nəfər internet fəalının bu ölkədə koronavirusla bağlı senzuraya alınmış məlumatları topladığı üçün yaxalanıb və it-bat edildiyi bildirilir.

İranın Gilan vilayətində İran Səhiyyə Nazirinin tam səlahiyyətli nümayəndəsi Məhəmmədhüseyn Qurbani isə Çinin koronavirusla bağlı şübhəli məqamlarına toxunaraq deyib: “Mən bir ekspert kimi başa düşə bilmirəm ki, necə olur koronavirus Çində Vuhandan Şanxay və Pekinə yayılmır, lakin bütün dümyaya yayılıb pandemiyaya çevrilir?!

Həmçinin yoxlayın

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …

Sayın Əjdər bəy Tağızadənin “Azərbaycan Səsi”ndə “ABŞ–İran müharibəsi davam edir – Yaxın Şərqdə son vəziyyət!” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın