Bazar ertəsi , İyul 27 2026
azfa

CNN: Trampın İranla razılaşma barədə paylaşımı Netanyahu üçün gözlənilməz olub

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, 2017. / AFP PHOTO / POOL / RONEN ZVULUN

GADTB: ABŞ-ın CNN televiziya kanalının israilli mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp-ın İranla mümkün razılaşmanın yaxınlaşdığı barədə sosial şəbəkədə paylaşdığı mesaj İsrailin baş naziri Benjamin Netanyahu üçün gözlənilməz olub.

Məlumata əsasən, paylaşımın dərc edildiyi vaxt Netanyahu İranla bağlı təhlükəsizlik müşavirəsi keçirirdi və həmin açıqlamanın məzmunundan əvvəlcədən xəbərsiz idi.

CNN-in məlumatına görə, İsrail tərəfi yaxın zamanda hər hansı razılaşmanın əldə olunacağı və ya bunun rəsmi şəkildə təsdiqlənəcəyi barədə əvvəlcədən məlumatlandırılmayıb.

Mənbələr bildirirlər ki, Trampın sosial şəbəkədə yaydığı açıqlama İsrail rəhbərliyində təəccüb doğurub və tərəflər arasında bu məsələ ilə bağlı əvvəlcədən koordinasiyanın olub-olmaması sual yaradıb.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …