Çərşənbə axşamı , İyul 28 2026
azfa

Diktatura və şərr qüvvəsi üçbucağının hərbi manevri

Hind okeanı və Oman dənizinin sularında dünyanın zülm, rəzalət, diktatura və şərr qüvvəsi üçbucağı olan İran-Çin-Rusiya birgə hərbi manevri keçiriləcək.

Bu barədə irqçi fars rejimin Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndəsi Abülfəzl Şikarçı deyib. O bildirib ki, dörd gün davam edən bu təlimat üç ölkənin birgə və ilkin manevrəsi olacaq.

«Associated Press»in verdiyi məlumata görə, ABŞ sanksiyaları gücləndikcə İran, Çin və Rusiya hərbi əlaqələrini genişləndirməyə çalışır. İranın cənub limanlarında Çin və Rusiya gəmiləri günbəgün çoxalmaqdadır.

«Hind okeanı və Oman dənizi dünya ticarətinin əsas sahələridir. Bir çox ölkə nəqliyyatı hərəkəti buralardan olur. Buna görə təhlükəsizlik çox vacibdir», – Şikarçi bildirib.

İran, Rusiya və Çin arasında təhlükəsizlik təcrübələrinin mübadiləsi, terorizm ilə mübarizə və dəniz quldurluğu ilə mübarizə etməyi bu manevrənin digər məqsədlərindən biri kimi qeyd edib.

Xatırladaq ki, 2017-ci ildə İran və Çin Ərəb körfəzində birgə manevrə keçirmişdilər.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …

Bir cavab yazın