Cümə , İyun 20 2025
azfa

Dünya ictimaiyyəti növbəti dəfə Ermənistanın işğalçı siyasətini rədd etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi dünya ictimaiyyətinin işğalçı ermənilərin təxribatına məntiqi mövqeyi barədə bəyanat yayıb. Qeyd olunur ki, cari ilin 31 mart tarixində Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən keçirilən qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənib və rədd edilib.

Beynəlxalq təşkilatar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri, habelə çoxsaylı dövlətlər bu qondarma “seçkilərin” və onların nəticələrinin qanunsuz olduğunu bəyan etdilər.

BMT-dən sonra ikinci böyük siyasi platforma olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatı, eləcə də çoxsaylı digər təşkilat və dövlətlərin bu sırada yer alması bütün dünya ictimaiyyətinin Ermənistan Respublikasının işğalçı siyasətini və onun nəticələrini rədd etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir.

Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər. Hər hansı seçkinin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaqdır.

Həmçinin yoxlayın

İsrail Sefidrood Sənaye Parkını vurub-Video

GADTB: İsrail Rəştin Sefidrood Sənaye Parkında, Kəleş Taleşan kəndi yaxınlığında İslam Respublikasının döyüş maşınına bağlı …

Tehranın Evin zindanında siyasi məhbuslara qarşı təzyiqlər davam edir

GADTB: Son günlər Evin həbsxanasının təhlükəsizlik qüvvələri 209-cu bölmədəki bütün məhbusları öz kameralarına salıb, onların …

Bir cavab yazın