Çərşənbə , Noyabr 29 2023
azfa

Dünyada “Türk Dili Günü”nün təsis olunması ilə əlaqədar Ankarada toplantı keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ankarada UNESCO üzrə Türkiyə Milli Komissiyasında “Türk Dili Günü”nün təsis olunması təklifi ilə əlaqədar məsləhətləşmə toplantısı keçirilib.

Tədbirdə “Türk Dili Günü”nün müəyyən edilməsi ilə bağlı türkdilli təşkilatlar, mütəxəssislər arasında müzakirələr aparılıb.

Toplantıda Türk Şurası, TürkPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin UNESCO üzrə Milli Komissiyalarının əməkdaşları, Türk Dili Təşkilatı, Türkiyənin Mədəniyyət və Turizm, Milli Təhsil nazirliklərinin, Yunus Əmrə İnstitutunun nümayəndələri və tanınmış türkoloqlar iştirak ediblər.

Tədbir iştirakçıları görüş zamanı türk dünyası mirasının önəmli bir hissəsi olan türk dilinin dünya miqyasında təbliğini və “Türk Dili Günü”nün təsis edilməsi ideyasını müsbət qarşıladıqlarını bildiriblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ictimaiyyətlə əlaqələr üzrə katibi Fatimə Həsənova iclasda çıxış edərək türk dilinin beynəlxalq arenada ayrıca bir gün kimi qeyd olunmasının türk dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Türk Dili Günü”nün təyin edilməsi ideyasının əsas təşəbbüskarlardan biri olduğunu və Fondun bu istiqamətdəki əməkdaşlığını dilə gətirib.

İclasda tərəflər “Türk Dili Günü”nün təyin edilməsi üçün tarix təklifi ilə əlaqədar fikir mübadiləsi aparıblar. Müzakirələr nəticəsində son qərarın üzv dövlətlərlə keçiriləcək məsləhətləşmələrdən sonra qəbul edilməsi və təklif üzrə qətnamə layihəsinin UNESCO-nun Baş Konfransının 40-cı Sessiyasına təqdim olunması razılaşdırılıb.

Həmçinin yoxlayın

Azərbaycanlı fəallar vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Murtuza Nurməhəmmədi Nadarlı, …

Türkiyənin Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olunancaq

Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqaz və Zəngəzur dəhlizi ilə bağlı son …

Bir cavab yazın