Cümə axşamı , İyul 16 2026
azfa

Erməni işğalında olan Qərbi Azərbaycan Dövlətinin gerbi təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacirdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının gerbi qəbul olunub.

Azərbaycanlı siyasi fəal Bəxtiyar Tuncay bu barədə məlumatı paylaşıb.

O yazıb ki, uzun diskussiya və çalışmalardan sonra Qərbi Azərbaycan hökuməti öz gerbini təsdiq edib.

Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib. Bir müddət öncə isə Qərbi Azərbaycan (İrəvan) Respublikasının bayrağı təsdiq edilmişdir.

Həmçinin yoxlayın

Molla rejimin Xatəmül-Ənbiya Mərkəzi Qərargahı hədələdi: İnfrastruktura hücum ediləcəyi təqdirdə, regiondakı bütün infrastruktur hədəfə alınacaq

GADTB: İrqqi fars-molla rejimin Silahlı Qüvvələrinin fəaliyyətinin əlaqələndirilməsinə və müharibənin idarə olunmasına cavabdeh olan Xatəmül-Ənbiya …

ABŞ-nin hücumlarında ölənlərin sayını açıqlandı

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, son bir gündə …

Bir cavab yazın