Cümə , Aprel 19 2024
azfa

Erməni təxribatı və fars şovinizminin təsirləri: Azərbaycan şairi Nizami fars şairi kimi təqdim edilib – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, fars şovinizminin və emənilərin Antiazərbaycan və antitürk təbliğatı bəzən dünya ictimaiyyətini də çaşdırır. Belə ki, dünyanın ən böyük onlayn ensiklopediyası olan Vikipediyada Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı düşünülmüş təxribata yol verilib.

Vikipediyanın rus dilində olan versiyası böyük Azərbaycan şairi Nizami Gəncəvini “fars poeziyasının klassiki (классик персидской поэзии)” kimi təqdim edib. Bununla yanaşı, Vikipediyada Nizamiyə həsr olunmuş məqalənin (rusca) giriş hissəsində və şairin şəklinin yuxarısında onun ad və soyadı fars və kürd dillərində verilib. Bu isə Nizaminin guya kürd əsilli fars şairi olması barədə gülünc iddialara rəvac verməkdir və əlbəttə ki, qəsdən edilib.

Məqalənin redaktə tarixçəsinə baxdıqda düzəliş edənlər arasında “Taron Saharyan”, “Ankax Hayastan” və “Zara-arush” adlı istifadəçiləri görürük. “Taron Saharyan” Vikipediyadakı profilində İrəvandan olduğunu, digər iki istifadəçi isə qondarma “dqr”i dəstəklədiyini yazıb. Redaktələri araşdırdıqda təxribatın 2014-cü ildə edildiyi üzə çıxır. Nizaminin Azərbaycan dilində olan adını məqalədən Böyük Britaniyadan olan “Victoria” və “Böyük Ermənistan” ilə maraqlanan “Rs4815” adlı istifadəçilər çıxarıblar.

Maraqlıdır ki, ermənilərin bütün vasitələrdən istifadə ilə apardığı bu təxribat indiyədək diqqətdən yayınıb.

Fotofaktı oxuculara təqdim edirik.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın