Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Etirazlardan sonra Kömür filminin Ərdəbildə nümayişinə icazə verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində rejimin İrşad və Mədəniyyət İdarəsinin tapşırığı ilə Kömür filminin nümayişinə qoyulan qadağadan bir gün sonra etirazlar nəticə verdi. Artıq Azərbaycan türkcəsində hazırlanan Kömür filminin kinotetrda ekranlarına çıxmasına icazə verilib.

Kömür filminin rejissoru İsmayıl Münsif oktyabrın 23-də öz İnstagram hesabında yazıb ki, İslam Respublikasında bütün mədəni fəaliyyətləri tənzimləyən dini qurum ilk öncə filmin vilayətdə nümayişinin dayandırılmasını “pantürkistlərin fəaliyyətinə zəmin yaratmamaq” məqsədi ilə əsaslandırmışdı.

Hal-hazırda Kömür filmi Tehran, Ərdəbil və Təbriz kinoteatrlarında nümayiş olunur. Həmin filmin premyerası oktyabrın 9-da Təbrizin “Setare-Baran” kinoteatrında və oktyabrın 12-də Ərdəbilin “İnqilab” kinoteatrında keçirilmişdi.

Son 10 il ərzində Güney Azərbaycan vilayətlərində çəkilən filmlərin çoxu türkcə çəkilir və bu filmlərin sayı getdikcə artmaqdadır.

Qeyd edək ki, Güney Azərbaycanının Astara şəhərində çəkilmiş Kömür filminin ssenari müəllifi və rejissoru İsmayıl Münsif və prodüseri fransalı Etienne de Ricaudur. Bu film Təbriz və Tehranda nümayiş etdiriləndən sonra Ərdəbildə onun nümayişinə qadağa qoyulmuşdu.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …

Bir cavab yazın