Bazar ertəsi , İyul 20 2026
azfa

Evin zindanında koronavirus; həbsdə olan Behnam Şeyxidə koronavirus simptomları aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı siyasi məhbusları həbs etdiyi zindanın 8-ci bölməsində koronavirus yayıb. Artıq azərbaycanlı fəalların da saxlandığı zindanın 8-ci bölməsində bəzi məhbusların koronavirus testi müsbət çıxıb. İyulun 21-də həmin bölmədə saxlanılan azərbaycanlı milli fəal Behnam Şeyxidə koronavirus əlamətləri müşahidə olunub.

Tehranın Evin zindanının 8-ci bölməsində saxlanılan Behnam Şeyxi ailəsi ilə telefon əlaqə saxlayaraq bu barədə məlumat verib.

Şeyxi bildirib ki, COVİD-19 testi üçün zindanın poliklinikasına müraciət etsə də, test  çatışmazlığına görə səhiyyə işçilər onu yoxlamaqdan imtina edərək ağrıkəsici dərmanlar veriblər.

Azərbaycanlı siyasi məhbus həmçinin deyib ki, 8-ci bölmədə saxlanılan bir çox məhbusun koronavirus testi pozitiv çıxıb.

Şeyxi qeyd edib ki, 8-ci bölmənin tibb mərkəzində çarpayı çatışmazlığına görə, orada saxlanılan məhbusların bir neçəsi, o cümlədən Əmir Salar Davudi, Cəfər Əzimzadə və İsmayıl Əbdi 4-cü korpusun tibb mərkəzinə yerləşdiriliblər.

Evin təcridxanasının 8-ci korpusunda saxlanılan digər milli fəallar Əlirza Fərşi və Həmid Mənafi Nadarlı da koronavirusa yoluxma təhlükəsi ilə qarşı-qarşıyadırlar.

Qeyd edək ki, Azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı barəsində Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi  tərəfindən 10 il həbs və 2 il sürgün qərarı çıxarılmışdır.

Yanvarın 20-də isə Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün əvvəlki qərarı 2 il həbs və 2 il sürgün cəzası ilə dəyişdirmişdir.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın