Çərşənbə , Avqust 26 2026
azfa

Fars rejim azərbaycanlı fəal Ulduz Qasiminin anası və zaminini həbslə hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin ETTELAAT İdarəsinin məmurları 2018-ci il noyabrın 5-də səhər saatlarında azərbaycanlı milli-mədəni fəal Ulduz Qasiminin anasına zəng edərək, onu həbslə hədələyiblər.

Rejimin məmurları bildiriblər ki, Ulduz Qasimiyə məhkəməyə müraciət üçün çağırış vərəqəsi göndərilib və o məhkəməyə gəlməyib. Fəal məhkəməyə müraciət etməyəcəyi təqdirdə onun anasını yaxalayacaqları ilə hədələyiblər.

İşğalçı fars rejimin məmurları həmçinin həmin gün Ulduz Qasimiyə zamin duran şəxsə də zəng edərək, məhkəmə və həbslə hədələyiblər.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi Urmiyadan olan Azərbaycanın tanınmış fəallarındandır. O Azərbaycan türk millətinin hüquqları uğrunda mədəni mübarizəyə görə rejim tərəfindən dəfələrlə yaxalanaraq cəzalandırılıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Elçibəyin anım günündə çıxış edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Bir cavab yazın