Bazar ertəsi , İyul 20 2026
azfa

Fars rejim erməni bayrağını yandırıb Qarabağa azadlıq şüarına görə 29 azərbaycanlı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim Güney Azərbaycanda azərbaycanlıların işğalçı Ermənistanın bayrağını yandırıb və Qarabağın müsəlman şiələrinin soyqırını pislədiyi üçün 29 nəfər azərbaycanlı fəalı həbs etdi.

Həbslər dünən şənbə günü 2019-cu il martın 2-dən başlanıb. Antiazərbaycan fars-molla rejimi Təbriz şəhərində azərbaycanlı fəalları “Qarabağ bizimdir bizim qalacaq” şüarı və ingiliscə yazdıqları “Qarabağ Azərbaycan torpağıdır” banneri açdıqlarına görə həbs edib.

Rejimin yaxaladığı azərbaycanlı əallardan Yusif Sələhşur, Ehsan İsmayildoxt, Mehdi Həmzeyi, Babək Siyami, Davud Mahmudi, Kərim Kərimi, Həmid Bağibeyrəq, Bəhram Azad, Hadi Abbaspur və Ramin Azadgərin adı hələlik açıqlanıb.

Ermənipərəst fars rejimin yaxaladığı azərbaycanlı fəallardan bəziləri rejimin Təbriz şəhərində yerləşən ETTELAAT İdarəsinin Saib təcridxanasında rejimin məmurları tərəfində “Qarabağ Azərbaycanındır” dediklərinə görə vəhşicəsinə döyülüb və işgəncə ediliblər.

İrqçi fars rejimin məmurları yaxalanan azərbaycanlıların ailələrinə bildiriblər ki, yaxalananlardan 21 nəfər buraxılacaq, 8 nəfər üçün isə məhkəmə olanadək müvəqqəti sərbəst buraxılmaları üçün vəsiqə təyin ediləcək. Lalin hələlik azərbaycanlı fəallar hamısı həbsdədir.

Həmçinin yoxlayın

Ermənistandakı tikinti layihələrinin üçdə ikisini İran şirkətləri icra edir

GADTB: İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan bildirib ki, hazırda Ermənistanda həyata keçirilən texniki, …

İsrailin İran İslam Respublikası qarşısında son ssenariləri

GADTB: İsrail tam döyüş hazırlığı vəziyyətinə gətirilib və bu ölkəni İran İslam Respublikası ilə müharibəyə …

Bir cavab yazın