Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Fransa: Qarabağ separatçıları ilə “xartiya” hüquqi deyil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransanın Alfortvil (Alfortville) şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında imzalanan “dostluq xartiyası” Fransa dövləti üçün heç bir hüquqi qüvvəyə malik deyil.

Bu barədə Report-a Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır, Fransa nə “Dağlıq Qarabağ respublikası”nı, nə də Fransa şəhəri Alfortville ilə imzalanan Dostluq Xartiyasını tanımır”, – XİN-dən əlavə olunub.

Xatırladaq ki, bu il sentyabrın 25-də ermənilərin çoxluq təşkil etdikləri Alfortvil (Alfortville) ilə qondarma “Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında “dostluq xartiyası” imzalanıb.

Həmçinin yoxlayın

Rejimin etiraz qorxusu: FƏTA polisi etirazları “qızışdıranları” müəyyənləşdirib cəzalandırmaqda vəzifələndirildi

GADTB: İrqçi fars-molla rejimi xalq etirazlarının baş verməsindən ehtiyat edərək müxtəlif tədbirlərə əl atır. İran …

Fransa, Britaniya və ABŞ-ın Hörmüzdə gizli minatəmizləmə əməliyyatı keçirdiyi bildirilir

GADTB: Fransa xüsusi xidmət orqanlarının sözçüsü hesab olunan Intelligence Online nəşri yazıb ki, ABŞ və …

Bir cavab yazın