Cümə , Aprel 26 2024
azfa

GADTB başqanı Əjdər Tağızadənin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik mesajı

GADTB: 1828-ci ildən işğalçı ölkələr tərəfindən parçalanmış Azərbaycanın və Azərbaycan türk millətinin 1989-cu ilin sonlarında Quzey Azərbaycanın istiqlalını bərpa etmə ərəfəsində Azərbaycan Türk Millətinin Araz çayı boyunca tikanlı məftilləri və ümumiyyətlə sərhəd maneələrini dağıdaraq, həsrət yaşayan bacı-qardaşların görüşüb qucaqlaşması, parçalanmış Azərbaycan millətinin birləşmək istəyinin necə dərin köklərə malik olduğunu bir daha sübut etdi. Bu vasitə ilə Azərbaycanın Quzeyi və Güneyində yaşayan Azərbaycan türk milləti öz birlik və həmrəyliyini əməldə göstərdi və beləliklə 31 Dekabr dünyada Azərbaycan türkünün birlik və həmrəylik simvoluna çevrildi.

Azərbaycanlıların həmrəyliyi deyiləndə Quzey və Güney Azərbaycanın birləşməsi və bütövləşməsi nəzərdə tutulur. Bu isə Gülüstan və Türkmənçay müqaviləsindən yüz illər keçsə də Azərbaycan türk millətinin  bu parçalanma ilə barışmadığını göstərir.

31 Dekabr milli birlik və həmrəylik bayramı kimi Azərbaycan tarixinə düşsə də, həm də bu millətimizin bütövlük uğrunda apardığı milli savaşının simvolik günü hesab edilir. Azərbaycan 200 ildir parçalanmış bir türk millətinin vətənidir. Bu millətin birləşmə istəyi nə qədər böyük olsa da, qarşısını kəsən maneələr də qat-qat böyükdür. 40 milyonluq Güney Azərbaycan türkü, əli silahlı irqçi fars rejimin işğalı altındadır. Güneyin müstəqillik qazanıb, Bütöv Azərbaycanın yaranması bu birlik bayramının gerçəkləşdiyi gün olacaq. Bu yolda böyük milli-siyasi birlik və həmrəylik tələb olunur.

Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ və işğalda olan başqa Azərbaycan ərazilərinin azad edilməsi prosesində istər Araz kənarı ərazilərdə o taylı-bu taylı Azərbaycan türk millətinin həmrəylik nümayişi, istərsə ermənipərəsi İran rejiminin işğalçı Ermənistana hərtərəfli hərbi yardım daşımasına mane olmaq üçün bütün təhlükələrə rəğmən yüz minlik mitinqlərin keçirilməsi, yüzlərlə azərbaycanlı fəalın Azərbaycana dəstək aksiyalarına görə həbs və işgəncələrə dözməsi Güney Azərbaycanda həmrəyliyin necə dərin köklərə malik olmasından xəbər verir. Ümumazərbaycan ərazilərində həqiqi həmrəylik isə yalnız Güney Azərbaycanla yanaşı qarşılıqlı olaraq müstəqil ölkəmiz Azərbaycan Respublikasında da olmaqla reallaşa bilər.

Artıq Azərbaycan Respublikasının ən böyük probleminin yəni işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərinin azad edilməsi ilə həll edilməsindən sonra əsas məsələnin Azərbaycanın Güneyinin ermənipərəst İranın işğalından qurtarmasıdır. İşğalda olan Azərbaycanın böyük bir hissəsinin müstəqillik və bütövlük uğrunda apardığı mübarizəyə dəstək və yüksək səviyyədə həmrəylik harada yaşamasından və hansı mövqedə olmasından asılı olmayaraq hər bir azərbaycanlının şərəf məsələsidir. Sözsüz ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi dedikdə, bütün azərbaycanlıların probleminin həlli üçün həmrəylik nəzərdə tutulur və bu heç bir halda bir tərəfli olmamalıdı. Hər bir azərbaycanlı yaşadığı yerdən, eləcə də tutduğu mövqe və vəzifədən asılı olmayaraq 50 milyonluq azərbaycanlının hər bir problemini öz problemi bilərsə həmrəy olduğunu iddia edə bilər. Belə olmadığı təqdirdə həmrəyliyin olmasından söhbət gedə bilməz. 

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününü parçalanmış Azərbaycan türkünün həmrəylik və bütövləşmə prosesində çox mühüm bir hadisə kimi dəyərləndirərək, bu münasibətlə bütün Azərbaycan türklərini təbrik edir. Fikrimizcə millətimizin və vətənimizin əməldə tam bütövləşməsi uğrunda birlikdə mübarizə aparmaq hər bir Azərbaycan türkünün vəzifəsidir və GADTB bu istiqamətdə öz fəaliyyətinə davam edərək, böyük millətimizi Azərbaycanın həqiqi bütövləşməsi uğrunda səylərini birləşdirməyə və həmrəy olmağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın