Güney Azərbaycan Demokratik Türk Birliyinin Qardaş Qurum-Quruluşlara müraciəti!

Öncə Sizi qarşıdan gələn 31-dekabr, Azərbaycan türklərinin dayanışma günü ilə bağlı təbrik edir, 2018-ci ildə sizə uğurlar diləyirik.

Dəyərli arxadaşlar!

GADTB qurulandan bəri, Sizə olan inancımıza böyük dəyər verib birlik adına bizə önərilən ortaq bildirişləri imzalamışıq. GADTB olaraq bilgilərinizə sunmaq istərdik ki, bundan sonra yalnlz aşağıdaki ilkələrə görə, ortaq bildirişləri onaylayacayıq:

  • Bir millətin bağımsız və özgürlüyü onun doğma dililə başlar. GADTB-nin istiqlal fəlsəfəsi Türk dili və varlığıyla bağlıdır. Bizə gələn bildirişlərin dilinin kəsinliklə türkcə olması gərəkir.
  • GADTB, təbliğat dillərinin sınırsız olduğunu bilir, ona inanır. Kaşki, bildirişlərimizin 10-larca dildə yayılması mümkün olsaydı! Ancaq, bildirişlərin ana mətni türkcə olaraq yabancı dillərə çevrilməsi gərəkir.
  • Bildirişlərin milli-siysi yönü Türk varlığına dayalı olmalıdır. Hər türlü bahana üzündən irançılıq əsintisi daşıyan yazıların GADTB tərəfindən onaylanması gözlənilməzdir.
  • GADTB olaraq sanal birliklər deyil, gərçək birliklərin yaranmasına can atırıq. GADTB üçün Dirəniş, GAİP, AZOH və bu kimi qurumların kimliyi bəllidir. Aramızda olan çeşidli baxış bucağına baxmyaraq bu kimi qurumlarla dartışmağa, paylaşmağa varıq. Ancaq, bilmədiyimiz və bilib sanal sandığımız adlarla ortaqlığa yoxuq.
  • Edit üçün önərilən hər hansı bildirişin ən azı 5 gün öncədən əlimizdə olması gərəkir. Edit çərçivəsində düşüncələrimizə uyğun gələn ortaq bildirişi sevə-sevə qəbul edəcəyik.

Sayğı və salamlarımızla

GADTB- Siyasi Bölümü, Eldar Qaradağlı

2017-12-26

 

 گونئی آزربایحان دئموکراتیک تورک بیرلیگی نین قارداش قوروم-قورولوشلارا موراجیعتی


اؤنجه سیزی قارشیدان گلن 31-دئکابر، آزربایحان تورکلرینین دایانیشما گونو ایله باغلی تبریک ائدیر، ‎‎

-جی ایلده اوغورلارینیزی دیله‌ییریک. 2018

دیرلی آرخاداشلار 

گادتب قورولاندان بری، سیزه اولان اینانجیمیزا بؤیوک ده یه ر وئریب بیرلیک آدینا بیزه اؤنریلن بیلدیریشلری ایمضالامیشیق.‎

گادتب اولاراق بیلگیلرینیزه سونماق ایستردیک کی، بوندان سونرا یالنیزآشاغیداکی ایلکه‌لره گؤره اورتاق بیلدیریشلری اونایلایاجاییق:

  • بیر میلتین باغیمسیز و اؤزگورلوگو اونون دوغما دیلیله باشلار. گادتب-نین ایستیقلال فلسفه‌سی تورک-

‎ ‎دیلی و وارلیغییلا باغلیدیر. بیزه گلن بیلدیریشلرین دیلینین کسینلیکله تورکجه اولماسی گره‌کی ر.

  • گادتب، تبلیغات دیللرینین سینیرسیز اولدوغونو بیلیر، اونا اینانیر. کاشکی، بیلدیریشلریمیزین 10-لارجا دیله

      چئوریلمه‌سی مومکون اولسایدی! آنجاق، بیلدیریشلرین آنا متنی تورکجه اولاراق یابانجی دیللره چئوریلمه‌ لیدیر.

     –   بیلدیریشلرین میللی-سیاسی یؤنو تورک وارلیغینا دایالی اولمالیدیر. هر تورلو باهانا اوزوندن ایرانچیلیق اسینتیسی داشییان یازیلارین گادتب طرفیندن اونایلانماسی گؤزله‌نیلمزدیر.

  ‎-‎        گادتب اولاراق سانال بیرلیکلر دئییل، گرچک بیرلیکلرین یارانماسینا جان آتیریق. گادتب اوچون ‎دیره‌نیش، گایپ،  آزوح و بو کیمی قوروملارین کیملیگی بللیدیر. آرامیزدا اولان چئشیدلی ‎باخیش بوجاغینا باخمایاراق بو کیمی قوروملارلا دارتیشماغا، پایلاشماغا واریق. آنجاق، ‎بیلمه‌دیگیمیز و بیلیب سانال ساندیغیمیز آدلارلا اورتاقلیغا یوخوق.‎

‎-‎    ائدیت اوچون اؤنریلن هر هانسی بیلدیریشین ان آزی 5 گون اؤنجه‌دن الیمیزده اولماسی گره‌کی ر. ائدیت ‎چرچیوه‌سینده دوشونجه‌لریمیزه اویغون گلن اورتاق بیلدیریشی سئوه-سئوه قبول ائده‌جگیک. ‎
سایغی و سالاملاریمیزلا
گادتب- سیاسی بؤلومو، ائلدار قاراداغلی‎
‎2017-12-26‎

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın