GAİB: 31 Dekabər azərbaycanlıların birlik və həmrəylik günüdür. 1989-cu ilin dekabr ayının 31-i (çillə – 10 dey) Azərbaycanımızın keçən 200 illik tarixində ən mühüm və rəmzi günlərindən biri sayılır. Bu, 200 il yadların müstəmləkəçılık və millətimizi bir-birinə yadlaşdırma siyasətinin qarşısında canlı bir etiraz nümayişi idi. Millətimizin həsrət, istək və ideallarından doğan bir hərəkət idi.
Oktyabr ayının 3-də Almaniyanın ortasından çəkilmiş Berlin divarının yıxılması kimi, Azərbaycanımızda da 3 ay sonra Araz boyu çəkilən sərhəd maneələrinin sərhəd boyunca millətimizin iradəsilə yıxılmasının şahidi olduq. Millətimiz öz əlilə sərhəd maneələrini söküb, millətimizin ürəyi üstünə tikilmiş sərhəd dirəklərini odlayıb, tikanlı məftilləri qaldırıb, qardaşlıq-bacılıq haraylarını Arazın hər iki tayında səsləndirdilər. Çillə ayının soyuq günlərində özlərini Araz sularına vurub, üzərək bir-birlərilə qucaqlaşdılar. Bu millətimizin ürəyində kök salmış ayrılıq həsrətinin göstərgəsi idi. Bu Azərbaycan millətinin tarixində böyük rəmzi əhəmiyyətə malikdir. Bu səhnələri Almaniyanın tanınmış jurnalisti Peter Şurlatur rəngli fotolar şəklində sənədəlşdirmişdir.
Çox keçmədən dekabr ayının 16-da Naxçıvan Ali Məclisi bu günü «Azərbaycanlıların birlik və həmrəylik» günü olaraq qəbul edib. Azərbaycan parlamentinə bu haqda bir təkiflə müraciət etmişdir. Nəhayət Azərbaycan parlamenti, Naxçıvan Ali Məclisi ilə birgə bu təklifi bir «qanun layihəsi» kimi Azərbaycan parlamentinə gətirmişdir. Və dekabr ayının 25-də Azərbaycan parlamenti bu haqda qərar qəbul etmişdir. Bu qərar Azərbaycanımızın keçən iki yüz illik tarixində ən mühüm qərar və təkliflərdən sayılır.
Düşmənlərin bizi yadlaşdırma çabalarına baxmayaraq millətimiz bu tarixi hərəkətilə bu millətin və bu vətənin bütöv olduğunu əməldə nümayiş etdirmişlər.
Xatırlatmaq lazımdır ki, Almaniyda Berlin divarı çəkildikdə, Şərqi Berlin əhalisinin etirazları rus tankları altında yox edildi. Bu tarix Qərbi Almaniyada «almanların birlik günü» kimi qeyəd edilirdi.
31 Dekabr da belə bir tarixi əhəmmiyyətə malikdir. Bu gələcəkdə yadların əlilə parçalanmış vətənimizin birləşədirilməsi yolunda atılan tarixi bir addımdır. Yeri gəlmişkən bunu da qeyd etməmiz lazımdır ki, bu gun yalnız Qarabağ, İrəvan xanlığı, Dərbənd və Borçalı yadların işğalında deyildir. Azərbaycanımızın ən böyük hissəsi olan Güney Azərbaycanımız irqçi farslar və terroristlərin müstəmləkləsi altında yaşamaqdadır. Ancaq və ancaq bu müstəmləkəyə son qoyulduqda işğal olunmuş başqa tarixi ərazilərimizi azad etmək mümkündür.
31 Dekabrı təntənəli şəkildə qeyd etmək, onun millətimiz üçün olan əhəmmiyyətini unutmamaq hər bir Azərbaycan vətəndaşının vəzifəsidir. Biz istiqlalçılar adından bu gün münasibətilə Bütöv Azərbaycan millətini harada yaşamasından asılı olmayaraq, təbrik edirik.
Eşq olsun 31 Dekabrı yaradan insanlara!
Var olsun Vahid Müstəqil Azərbaycan Cümhuriyyəti!
Əjdər Tağızadə
Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) başqanı