Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Varşava iclası barədə bildirişi

GADTB: Varşava iclasında iştirak edən rəsmilərə

Rza Mirpəncin irqçi, diktator və əlaltı hakimiyyəti İran adlı həbsxanda yaşayan xalqların istəyinin əksinə milli qiyam və etirazları hərbi güc və ordu ilə vəhşicəsinə yatırmaqla hakimiyyətini 16 il davam etdirə bilmişdir.

Təəsüf ki,  ABŞ, İngiltərə və Sovet başda olmaqla bir sıra xarici dövlətlər güclü alternativ tapmadan xalqların iradəsinin əksinə olaraq Məhəmmədrza Pəhləvini atasının yerinə hakimiyyətə təyin etdilər.

Belə yanlış təhlil kütləvi qırğınlar və İran adlı zindanda yaşayan millətlərin hüquqlarının pozulması ilə nəticələndi. Nəticədə ictimai etiraz və müqavimətlə, xüsusilə Təbrizdə 29 bəhmən 1356-cı ildə (19 fevral 1978) şahlıq diktaturasının məhvinə start verildi və 22 bəhmən 1357-ci ildə (11 fevral 1979) zülmkar şah rejimi tarixin zibilliyinə tullandı.

1978-ci ilin sonlarında Fransanın prezidenti Valeri Giskarden ABŞ, İngiltərə və Almaniyanın dövlət başçılarına təklif etdi ki, Quadelopa səfər edib qeyri-rəsmi şəkildə beynəlxalq böhranları müzakirə etsinlər.

Lakin bu görüşün pərdə arxasında Pəhləvi hakimiyyətinə son qoyub, Qərbin istədiyini alternativ kimi hakimiyyətə gətirmək olmuşdur. Təəssüflə yenə xarici güclər İran adlı zindanın çox millətli cəmiyyətinin reallıqlarını başa düşməyib, müxtəlif millətlərin istəyinə hörmət etmədilər. Nəzərə almadılar ki, irqçi Pəhləvi rejimi vasitəsilə millətlərin milli liderləri edam edilib və ya zindanlarda çürüməkdədir və ona görə partiyalar və milli liderlər gündəmdə deyil. Belə vəziyyətdə Xomeynini 1979-cu ildə şahlıq əleyhinə inqilaba və xalqa zorla sırıdılar.

Deməli, İslam Respublikasının irticaçı və böhranlara səbəb olan dağıdıcı mahiyyəti sübut etdi ki, Quadelopda çıxarılan qərarlar bağışlanmaz səhv olmuşdur.

Bu gün İran adlanan ölkəyə hakim olan yaramaz rejimin ömründən 40 il keçsə də, zülm altında olan xalqların milli qurtuluş mübarizləri İran adlı zindanın dörd bir yanında geniş xalq etirazlarını təşkilatlandırmaqla rejimin dayaqlarını laxlatmışlar və çürümüş rejimin devrilməsinə bir o qədər qalmamışdır.

Təəsüfl ki, yenə də Qərb İran cəmiyyəti reallıqlarını nəzərə almadan və onda yaşayan millətlərin istəklərinə hörmət etmədən fevral ayının 13-də Varşavada alternativ formalaşdırmağa çalışır.

Biz Güney Azərbaycan İstiqlalçılar Birliyi Varşavada iştirak edən iştirakçılara, dövlət başçılarına, xüsusilə ABŞ nümayəndəliyinə onların keçmişdə yanlış və reallığı əks etdirməyən tarixi qərarların İran adlı həbsxanada yaşayan millətlərə faciəvi nəticəsini xatırladıb, bir daha onlara xəbərdarlıq edirik ki, burada zülm altında yaşayan və oyaq millətlər icazə verməyəcək ki, yenə tarix təkrarlansın.

Biz inanırıq ki, Varşava iclasında iştirak edən iştirakçılar və dövlət başçıları bu illər ərzində bir tərəfdən üzdəniraq İran rejiminin müxalifətinin mahiyyəti barədə, digər tərəfdən isə zülm altında olan millətlərin gücü ilə tanış olub, burada yaşayan müxtəlif millətlərin iradəsinin əksinə qərar verməyəcəklər.

Şübhəsiz zülm altında olan millətlər müstəqillik qazanandan sonra, onların iradəsi ilə yaranan milli dövlətlər bu iclasda çıxarılacaq münasib qərara hörmətlə yanaşıb, ona qiymət verərək, həmin dövlətlərlə iqtisadi və siyasi münasibət strategiyasını müəyyən etməkdə bu amili nəzərə alacaqlar.

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın