Bazar ertəsi , İyun 29 2026
azfa

İlham Əliyev: İsrail Azərbaycanı gözdən salmaq üçün bir bəhanədir!

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə İran və Azərbaycan arasında son zamanlar yaşanan gərginlik haqqında danışaraq deyib:

İranla son baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycan ərazisindən keçir. Bizə məlum oldu ki, ərazimiz olan bu yoldan Qarabağa qanunsuz yük daşınması üçün istifadə olunur. Bu, qəbuledilməzdir. Bizim İrana mesajımız çox sadə idi: Bəsdir!

Biz İran hökumətini günahlandıracaq vəziyyətdə deyildik. Məlum oldu ki, bunu bəzi özəl şirkətlər edir. Bununla belə, onlardan bunu dayandırmalarını istədik. Amma yaxşı bir şey baş vermədi.

Həmçinin yoxlayın

Tramp son hücumdan sonra molla rejiminə sərt xəbərdarlıq etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada bildirib ki, İran addımlarını davam …

Azərbaycanlı fəal Cəlal Derogər bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxılıb

GADTB: Azərbaycanlı fəal Cəlal Derogər, şənbə günü, 6 tir tarixində Əhər şəhərində işlədiyi yerdə molla …