Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İran adlanan ölkə öz əlaltıları vasitəsilə İsrailə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, rəsmi Tehran İsrailin İran adlanan ölkənin hərbçilərin ölümü ilə nəticələnən Suriyaya hücumuna qarşılıq verəcək. Bu iddia ilə Livanın Hizbullaha yaxın nəşrlərindən sayılan “Əl-Əxbar” məlumat yayıb.

Nəşr İran adlanan ölkənin qarşılıq vermək üçün çox gözləməyəcəyini, Fələstin və ətrafında İsrailə qarşı hər hansı bir əməliyyatı planladığını yazıb.

Nəşrin redaktoru İbrahim Aminin iddia edib ki, İran bunu edərkən heç bir müttəfiqə ehtiyac duymayacaq və etdikdən sonra da bunu gizlətməyəcək.

Xatırladaq ki, İsrail Suriyanın T-4 hərbi bazasını bombardman etmişdi. Bazada olan İran adlanan ölkənin hərbçilərdən 3-ü həlak olmuşdu.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın